Bilgi.az
ABŞ polisi haqqında nəyi bilmirik? – Fotolar
ABŞ-da hər ştatın öz polis idarəsi var. Bu polis idarələri bir-birindən asılı deyil, tam müstəqildir. Maraqlıdır ki, onların strukturunda da maraqlı məqamlar olur.
Amerika polisinin illik məvacibi 40 min dollardır. Ancaq xidmət illəri artdıqca bu məbləğ də qalxır.
Məzuniyyət dövrü xidmətin ilk 3 ilində cəmi 20 gün olur. Ancaq burada da iş təcrübəsi artdıqca məzuniyyət günləri çoxalır. Məsələn, xidmətin 5-ci ilində bu müddətə 6 gün də əlavə olunur.
Polis orqanlarında ən kiçik rütbə zabit, yaxud xəfiyyədir. Əgər polis işçisi iş yerini dəyişirsə, yeni təyin olduğu polis şöbəsində işə yenə xəfiyyə kimi başlayır. Köhnə şöbədəki rütbələr hesaba alınmır. Yəni iş yerini dəyişdiksə, o, karyerasına təzədən başlamalı olur.
Amerikaya yolunuz düşübsə və bu zaman xoşagəlməz halla üzləşmisinizsə, polisə rüşvət verib məsələni “həll” etməyi ağlınızdan belə keçirməyin. O dəqiqə sizi rüşvət təklif etmə maddəsi ilə həbs edəcəklər. Amerikanın polis strukturunda korrupsiya halları faktiki olaraq yoxdur. Real həyatı filmlərdə gördüyünüz mənzərələrə o qədər də inanmayın.
Amerikada polis müttəhimi şahidsiz dindirə və üstündə axtarış apara bilər. Azərbaycanda yaxud Rusiyada bu mümkün deyil. ABŞ-da isə polisin sözünə şəksiz inanırlar. Əgər polisin yalan danışması, kimisə şərləməsi üzə çıxarsa, onu sərt cəza – 15 il həbs gözləyir.
Filmlərdən görmüşük ki, canini izləyərkən polis yalnız vəsiqəsini göstərməklə istənilən vətəndaşın avtomobilindən, motosikletindən istifadə edə bilir. Yəni asayiş keşikçisi cinayətkarı izləyir. Bu həqiqətdir. Qanuna görə, vətəndaşlar ehtiyac yarandıqda öz nəqliyyat vasitələrini polisə verməlidirlər.
İlqar Atabəyli
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."