Yer üzünün həqiqi ilahələri - Fotolar
Bizi izləyin

Bilgi.az

Yer üzünün həqiqi ilahələri - Fotolar

Yer üzünün həqiqi ilahələri - Fotolar

Dünyanın müxtəlif icmalarında ilahə mifik xarakter daşıyır. Amma hazırda yalnız Nepalda, həqiqətən də, müqəddəs hesab edilən qadınlar mövcuddur. “Kumaris” (nepal dilində bakirə anlamına gəlir) adlanan xüsusi seçilmiş qızlar doğularkən valideynlərindən alınır və qızlar hinduizm dinində yenidən zühur etmiş Güc İlahəsi olan Kali hesab olunurlar.

İlahə rolunu oynayan qızlar 32 sərt sınaqdan keçirlər. Kumarislər evlərindən uzaqda, məbəddə qalırlar. Canlı ilahələr büt kimi mərasim və festivallara qatılırlar. Kumarislər yetkinlik yaşına çatana qədər hindu və buddistlər onlara sitayiş edir. İlahələrə piyada gəzmək qadağan olunduğu üçün qızlar arabada, insanların əlləri üstündə və kəcavədə aparılırlar. Qızlara məktəbə getməyə də qadağa qoyulub.

Lakin ilahələr yetkinlik yaşına çatanda onların həyatı tamamilə dəyişir. Menstruasiya dövrü başlayan kimi qızlar üçün Kumaris həyatı bitir və onlar adi həyata qayıdırlar.

Publika.az yer üzündə yaşayan canlı ilahələrin fotolarını təqdim edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm