Kuyaba – ən isti şəhərdən reportaj
Bizi izləyin

Bilgi.az

Kuyaba – ən isti şəhərdən reportaj

Kuyaba- Ən isti şəhərdən reportaj

Kuyaba əhalisi Avropa, Afrikadan gəlmələr və yerli hindu xalqının qarışığından yaranıb.

Şəhərin cənubunda yerləşən dağ massivi Pataqoniya yaylasından soyuq hava kütləsinin daxil olmasının qarşısını alır. Bu səbəbə görə də, Kuyaba Braziliyada ən isti şəhərlərdən biri hesab olunur. Qeyd edək ki, Kuyaba futbol üzrə dünya çempionatının keçirildiyi şəhərlər arasında ən kiçiyidir.

Şəhərin “Arena Pantanal” stadionu 42 968 izləyici tutumuna malikdir. Stadionda aşağıdakı futbol oyunları keçiriləcək:

13 iyun. Çili-Avstraliya (B qrupu)

17 iyun. Rusiya-Cənubi Koreya (H qrupu)

20 iyun. Nigeriya-Bosniya və Herseqovina (F qrupu)

24 iyun. Yaponiya-Kolumbiya (C qrupu)

Kuyaba şəhərini “yaşıl şəhər” adlandırırlar. Əgər Kuyaba şəhərinə gedəsi olsanız, o zaman Ramis-Bukair daş muzeyini ziyarət etməyi unutmayın. Burada siz 4 min yaşlı eksponatlarla yanaşı, yaşı 120 milyon olan tiranozavrın bud sümüyünə də tamaşa edə bilərsiniz.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm