Meyitxanada intihar – Fotolar
Bizi izləyin

Bilgi.az

Meyitxanada intihar – Fotolar

Meyitxanada intihar - Fotolar

Çinin Tsyadin şəhərində yerləşən meyitxana işçisi soyuducuda diri insanla rastlaşdıqda, bəlkə də, həyatının ən qorxunc anını yaşayıb. Sonradan məlum olub ki, 70 yaşlı qadın soyuducuya könüllü daxil olub.

Basdırılmazdan qabaq cəsəd meyitxanada yerləşən xüsusi hazırlanmış metal soyuducuya qoyulur. Bu səbəbdən də, meyitxana işçilərinin orada diri insanla qarşılaşma ehtimalı mümkün deyil.

Bununla belə, meyitxanada gecə növbəsində çalışan nəzarətçi soyuducunun qapısını açıq olduğunu görüb. Yaxınlaşdıqda isə gördüklərindən şoka düşüb. Qorxudan qışqıran işçi sonradan özünü ələ alaraq həkimləri köməyə çağırıb. Bundan sonra soyuducudan çıxarılan yetmiş yaşlı qadın etiraf edib ki, bu yolla intihar etmək istəyib.

Amma soyuducu işə düşmədiyi üçün qadın həlak olmayıb. Onu aşkar edən meyitxana işçisi isə hələ də gördüklərinin şokunu yaşamaqdadır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm