Qadının başına kirpi düşdü, sonra isə... - FOTO
Bizi izləyin

Bilgi.az

Qadının başına kirpi düşdü, sonra isə... - FOTO

Braziliyanın Rio-de-Janeyro şəhərinin sakini, 52 yaşlı Sandra Nabukkohəyatının şokunu yaşayıb.

Milli.Az The Huffington Post-a istinadən bildirir ki, Sandra itini gəzintiyə çıxarmışdı. Səkilərdən birindən keçəndə onun başına fənər dirəyindən kirpi düşüb.


Kirpinin düşməsi nəticəsində onun iynələri qadının başında qalıb.

Şoka düşən və ağrıdan qıvrılan S.Nabukko xəstəxanaya aparılıb. Həkimlər orada Sandranın başından 272 kirpi iynəsi çıxarıblar.


"Deyilənlərə görə, kirpinin özünə heç nə olmayıb. Buna sevinirəm. Əgər o kirpi başıma düşməsəydi, yerə dəyib ya ağır yaralanacaq, ya da öləcəkdi", - Sandra Nabukko deyib.


Uzun quyruqlu kirpilər Cənubi Amerikada yaşayırlar və həyatlarının əksər hissəsini ağaclarda keçirirlər. Onlar 6-10 metr yüksəklikdə yatır, yerə yalnız su içmək üçün düşürlər. Bu kirpilər yarpaq və budaqlarla qidalanırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm