Azərbaycanlı qanuni oğruların görüşünə tələsdi, aeroportda tutuldu
Bizi izləyin

Bilgi.az

Azərbaycanlı qanuni oğruların görüşünə tələsdi, aeroportda tutuldu

Azərbaycanlı “qanuni oğruların” görüşünə tələsdi, aeroportda tutuldu

Belorusiya paytaxtında milliyyətcə gürcü olan qanuni oğru həbs olunub. Lesko Lekua (ləqəbi Lesko Qalski) iyunun 10-da aeroportda Minsk-İstanbul reysinə tələsərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 34 yaşlı gürcü avtoritet bir neçə gün əvvəl Ədirnədə atışan azərbaycanlı qanuni oğrulara qoşulmağa tələsirmiş. Lesko Qalskinin Rövşən Lənkəranskinin klanının üzvü olduğu ehtimal edilir.

Gürcüstan vətəndaşı olan Leskonun Rusiya ərazisində qeyri-leqal yaşadığı bildirilir. Polisin diqqətini çəkməmək üçün o, Belorusiya paytaxtından İstanbula uçmaq qərarı verib. Ümumiyyətlə, son vaxtılar Rusiyada sərhədçilərlə problemi olanların çoxu “Belorus dəhliz"ndən istifadə edir. Bu səbəbdən yerli milis nəzarəti gücləndirib. Az müddət ərzində Belorusiyada “Paat Malenki”, “Çinçxliya “, Romik və Giya Gelardjiya kimi “vor zakon”lar həbs edilib.

Lesko Lekua barədə isə bildirilir ki, 13 yaşından mənzil oğurluğu ilə məşğul olub və ötən ilin avqustunda İstanbulda avtoritetlər tərəfindən qanuni oğru adını alıb.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm