Futbol Tailandda asayişi bərpa edəcək? - Foto
Bizi izləyin

Bilgi.az

Futbol Tailandda asayişi bərpa edəcək? - Foto

Futbol Tailandda asayişi bərpa edəcək? - Foto

Tailandda çevrilişlə hakimiyyətə gələn hərbçilər ölkədə əmin-amanlığı bərpa etmək, sakitliyi qaytarmaq, insanları stressdən çıxarmaq üçün Braziliyada keçirilən futbol üzrə dünya çempionatını pulsuz translyasiya etmək qərarı veriblər.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, mundialın keçirildiyi müddət ərzində Tailandda komendant saatı da ləğv ediləcək. Bu barədə ölkə idarəçiliyini öz öhdəsinə götürən general Prayut Çan Oça televiziya çıxışında əhaliyə şəxsən məlumat verəcək.

Xatırladaq ki, bu il, mayın 22-də Tailandda general Prayut Çan Oçanın başçılığı ilə hərbi çevriliş baş verib. Çevrilişdən sonra Senat buraxılıb, komendant saatı tətbiq edilib, Kütləvi İnformasiya Vasitələrinə senzura qoyulub.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm