Dolu Tovuzda toyu yarımçıq qoydu
Bizi izləyin

Bilgi.az

Dolu Tovuzda toyu yarımçıq qoydu

Dolu Tovuzda toyu yarımçıq qoydu

Tovuza son günlər yağan güclü dolu kənd təsərrüfatına ziyan vurmaqla yanaşı, sakinləri də xeyli həyəcanlandırıb.

“Xəzər xəbər”in verdiyi məlumata görə, rayonun ucqar dağ kəndi olan Kirəndə toy mərasimi güclü dolu səbəbindən yarımçıq qalıb.

Mağara düşən dolu parçaları gəlinlə bəyi buranı tərk etməyə məcbur edib. Toyda iştirak edən sakinlər isə mağarın çadırından, dəmirindən tutaraq onu güclü küləyin uçurmamasına çalışıblar. Toyda iştirak edənlərin bildirdiyinə görə, hələ kəndə bu böyüklükdə dolu düşməyib. Ölçüsü qaz yumurtasını xatırladan buz parçaları 20 dəqiqəyə qədər Kirən sakinlərinə əsl adrenalin yaşadıb. Toy mağarını tərk etməyin mümkünsüzlüyünü görən kəndlilər isə yalnız göydən yağan buz parçalarını seyr etməklə kifayətləniblər. Toyxananı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan bəylə gəlinin xatirələrindən isə təbiətin bu şıltaqlığı yəqin ki, heç vaxt silinməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm