Dünyanın ən bahalı otelləri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən bahalı otelləri - FOTOLAR

Dünyanın ən bahalı otelləri- FOTOLAR

Dünyanın əksər ölkələrində bahalı otellər var. Onlardan bəzilərinin sutkalıq qiyməti adi insanın 3 illik məvacibinə bərabərdir.

Publika.az dünyanın ən bahalı otellərinin siyahısını təqdim edir.

“The Connaught”- oteli London

“The Connaught” otelində gecələmək istəyirsinizsə bu sizə 24 min dollara başa gələcək. Xidmətinizdə şəxsi aşbaz, 2 xidmətçi olacaq. İstənilən yeməyi sifariş edib bişitdirə bilərsiniz. Otağınızın balkonundan Londonun ən prestij rayonunun mənzərəsini seyr edəcəksiz.

“Cala di Volpe”- Sardiniya

Bu oteldə prezident-lüks nömrələr var. Gecəsi 26 min dollar. 3 yataq otağı, hovuz, solyarium və fitness zalı xidmətinizdə olacaq. Bundan əlavə hər yataq otağında cakuzi var.

“Shangri-La Bosphorus”- İstanbul

Türkiyə paytaxtındakı bu otelin “ Şanqri-la” adlı lyuk nömrəsi binanın 3-cü mərtəbəsini tamamilə əhatə edir. Burda gecələmək üçün 27 min dollardan vaz keçməlisiz. Nömrədən Bosfor boğazına əsrarəngiz mənzərə açılır. Hamam otağındakı böyük, güzgüyə oxşar televizor sizi məftun edəcək.

“Mandarin Oriental”- Şanxay

Bu otelin lüks nömrələri 25-ci mərtəbədə yerləşir. Otel şəhərin biznes rayonunda yerləşdiyi üçün əsasən iş adamları üçün sərfəlidir. Qiyməti 24 saat üçün 26,450 dollar.

“Raj Palace”- Hindistan

Özünü bir günlük hind şəhzadəsi yaxud ərəb şeyxi kimi hiss etmək istəyənlər üçün bu otelin lüks nömrələri yarayır. Ancaq bunun üçün 35 min dollardan vaz keçməlisiz.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm