Kəbənin qapıları açıldı – Nadir fotolar
Bizi izləyin

Bilgi.az

Kəbənin qapıları açıldı – Nadir fotolar

Hər il Məkkə şəhərindəki müqəddəs Kəbədə təmizlik işləri aparılır. Şaban ayına təsadüf etmiş budəfəki səliqə-sahman yaratmada Allah Evinin qapıları yenidən açılıb.


Modern.az saytı xarici mətbuata istinadən çox nadir hadisənin fotolarını təqdim edir.


Qeyd edək ki, “kub” kimi tərcümə olunan Kəbə əslində dördbucaqlıdır. Onun şərq və qərb divarlarının uzunluğu 10 metr 10 santimetr, şimal və cənub divarları isə 12 metrdir. Allah Evi üzərində Quran ayələri olan xüsusi toxumalı qara örtüyə malikdir. Onun yuyulması üçün İranda hazırlanan gülabdan istifadə olunur.


Qeyd edək ki, Kəbəyə daxil olmağa hər adama icazə verilmir. Kəbənin daxilinin təmizlik işlərinə Səudiyyə Ərəbistanı kral özü rəhbərlik edir.

Yeri gəlmişkən, vaxtilə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə Səudiyyə Ərəbistanına səfəri zamanı Kəbəyə daxil olmağa icazə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm