Kraliçanın çılpaq portreti yayıldı – Foto
Bizi izləyin

Bilgi.az

Kraliçanın çılpaq portreti yayıldı – Foto

Bu gün İspaniya yeni kralını salamlayıb. Xəbər verildiyi kimi, İspaniya kralı Xuan Karlos hakimiyyəti vəliəhdi şahzadə Felipeyə təhvil verib. Şahzadə Letisiya isə avtomatik olaraq İspaniya kraliçası adına layiq görülüb.

Letisiya şahzadə və kraliça olmazdan öncə ispan telekanalında aparıcı işləyib. Bundan əlavə, o, bir dəfə evli olub.

Evli olmazdan əvvəl Letisiya qurşağadək çılpaq şəkil çəkdirib. Portretini kubalı yaxın dostu çəkib. Lakin rəssam Saveedra qızın bədənini yalnız öz təxəyyülü əsasında çəkdiyini bildirib.

Portretin 1996-cı ildə çəkildiyi qeyd olunur. Qeyd edək ki, 31 yaşlı Letisiya şahzadə Felipeyə 2003-cü ildə ərə gedib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm