Emi Uaynhaus: “Allaha şükür ki, özünüməhvə meyilliyəm”
Bizi izləyin

Bilgi.az

Emi Uaynhaus: “Allaha şükür ki, özünüməhvə meyilliyəm”

Emi Uaynhaus: “Allaha şükür ki, özünüməhvə meyilliyəm”

-Mən adi insan deyiləm. Ən azı ona görə ki, heç nə vecimə deyil.

-Mənə heç kəsin köməyi lazım deyil. Çünki özüm-özümə kömək edə bilməsəm, heç kim bunu edə bilməyəcək.

-Yaşıdlarımın çoxu növbəti beş-on ildə nə edəcəkləri barədə uzun-uzadı düşünərək çoxlu vaxt itirirlər. Onların bu haqda düşündüyü vaxtı, mən içki masası arxasında keçirirəm.

-Bir müddət mən içkiyə çox aludə oldum. Axı içkiylə hər şey daha yaxşı görünür. Məsələn: televizora baxırsan-bir qədəh şərab, yemək bişirirsən-bir qədəh şampan.

-Mən yalnız başıma gələnlər haqqında yazıram. Sadəcə olaraq unuda bilmədiyim, keçmişdə basdıra bilmədiyim şeylər haqqımda yazıram. Allaha şükür ki, özünüməhvə meyilliyəm, buna görə də mahnılarım üçün mövzu həmişə tapılacaq.

-Dindar deyiləm. Dinin insanlara güc verdiyini bilirəm, amma mən taleyə inanıram. İnanıram ki, hər şey müəyyən bir səbəbdən dolayı baş verir. Bunun üçün ilahi qüvvəyə ehtiyac yoxdur.

-Musiqi yaratmaq - ziyafətə getmək kimi bir şeydir: Sən səbrlə davranmalısan, hər şeyin üstünə birdən atılmalı deyilsən.

-Mən xırda şöhrət hərisçilərindən deyiləm. Sadəcə musiqiçiyəm və səmimi olmağa çalışıram.

-Razıyam ki, istedadlıyam. Amma bu da tam həqiqətdir ki, mən mahnı oxumaq üçün doğulmamışam. Mən həyat yoldaşı və ana olmaq, ailə qayğısına qalmaq üçün doğulmuşam.

-Mən təsadüfü seksə pis baxmıram. Xəyanətə pis baxmamağımın yaxşı bir şey olmadığını da anlayıram. Amma mən buna marixuanadan istifadə etmək kimi baxıram, yəni qeyri-ciddi bir şey kimi. Vaay, deyəsən özümü ələ verdim.

-İlk dəfə 11, ya da 12 yaşımda öpüşmüşəm. Bu, yunan əsilli Kris adlı bir oğlan idi. İndi o, homoseksualdır. Yer üzündə kiçik, şıltaq fahişələrə bənzər kişilər çoxdur. Eyni zamanda yükünü alıb: “ver daşıyım” və ya “gödəkçəmi çiyninə sal” deyən homoseksuallar da az deyil. Və düşünürsən ki: “Lənət şeytana, axı niyə onlar kişiləri sevirlər?”

-“Heç vaxt” demək lazım deyil. “Heç vaxt döşlərimi böyütdürməyəcəm!” – kimi sözlər deyəndə özümə nifrət edirəm. Rədd olsun belə sözlər. Bəlkə də qocalanda bunu etməli olacam.

-Əgər məni çox bəzəsələr, hər şey yaşlı xalaya oxşamağımla bitəcək. Mən isə özüm olmaq istəyirəm!

-Ümumiyyətlə, mən mübariz insan deyiləm. Amma məni divara sıxanın başını qopara bilərəm.

-Fikrimcə, insanın döyüşmək bacarığı onun böyüklüyündən asılı deyil. Bu içində yığılan qəzəbin miqdarından asılıdır.

-Ətrafda çoxlu pis insanlar var və bunun səbəbi onların dostlarının olmamasıdır. İnsanlarla – anayla, nənəylə, itlə ünsiyyət həyatda başımıza gələn ən yaxşı hadisədir. Əlbəttə, ayaqqabı və çantaları çıxmaq şərti ilə.

-Döymə heç vaxt çox olmur.

-Qadınlar da kişilər kimi öz aralarında söhbət edirlər, amma qadınlar həmişə xırdalıqlara diqqət yetirirlər.

-Dəliliyə nəzarət etmək, heç də çətin deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm