Əfsanələr şəhəri: Neapol
Bizi izləyin

Bilgi.az

Əfsanələr şəhəri: Neapol

Əfsanələrin şəhəri: Neapol

Neapol əfsanələrlə xatırlanan bir şəhərdir. Tarixin yaşanan ən böyük tragediyalarından birinə səhnə olan Pompey ilə qonşuluğu da boşuna deyil.

II Ferdinand saraydan qaçış yolu kimi 1853-cü ildə “Burbon Tuneli”ni inşa etdirib. İlk baxışda bir az qorxulu görünən bu tuneldə ovsunlayıcı atmosfer var. Dəhlizlərdə köhnə avtomobillər, motosikletlər park edilib.

Bu, bəzən daralıb genişlənən kiçik meydanlara və dəhlizlərə açılan bir tuneldir. İkinci Dünya Müharibəsi zamanı hava hücumu məkanı və xəstaxana kimi fəaliyyət göstərib. Müharibədən sonra 1970-ci ilə qədər avtopark kimi işlədilib. 2010-cu ildə ziyarətçilərini qəbul etməyə başlayıb.

Neapol əfsanələrlə xatırlanan bir şəhərdir. Tarixin yaşanan ən böyük tragediyalarından birinə səhnə olan Pompey ilə qonşuluğu da boşuna deyil.

Neapolun futbol komandası 90-cı illərdə Maradonanı önünə qatıb Şimallıların suverenliyinə son verərək cənubun simvolu olmuşdu. Sırf bu mövzuyla bağlı bir çox məqalə-kitab yazılıb, sənədli filmlər çəkilib.

Neapol Buenos Airesdəki La Bocadan sonra Maradonanın ikinci vətəni olub. Təbii ki, bir də mafiya... Xüsusilə İspaniya gündüzlər təhlükəli olur. Yəni Neapolun sizə danışacağı çox hekayə var.

Bir Neapol klassiki

Cafe Gambrinus: Şəhərin ən köhnə məkanlarındandır. Girişdəki bağçadan keçib yüksək tavanlı kafedə qəhvə içib tort yemək…

Spaccanapolidə gəzinti: Şəhərin köhnə tarixi mərkəzindən keçən əsas prospektdir. Neapolun enerjisi və arxitekturası haqqında öyrənmək mümkündür.

Il Caffe del Professore: Qəhvəsi çox məşhurdur. Qəhvəni oturaraq içsəniz qiyməti dəyişir, çünki İtaliyada salfet, stəkan və servis qiymətə təsir edir. Burada isti kruasan və espresso ilə tipik bir İtalyan naharı edə bilərsiniz.

Arxeologiya Muzeyi: Avropanın ən böyük və ən əhəmiyyətli muzeyidir.

Centro storico: Garibaldi Meydanı və ViaToledo arasındakı bölgədir. Alış-veriş üçün müəyyən vaxtlar var.

Kral sarayı: Domenico Fontananın məşhur əsəri II Dünya müharibəsini zərərlərlə izah edib. Müxtəlif bərpalar keçirib.

Castel Nuovo: Bazar günləri bağlı olan qala 1282-ci ildə inşa edilib.

Castel Sant'elmo: Vomeroya “Montesanto” funikulyoru ilə asanca çata bilərsiniz. Oradan da Neapolun ən yüksək nöqtəsi olan Castel Sant'elmoya gedib şəhəri seyr edə bilərsiniz.

Pizzaları...

Rəvayətə görə, şəhərdə Kral I Umbertonun yoldaşı Margerita üçün xüsusi bir yemək hazırlanmalı imiş. Süfrəyə kraliçanın adını daşıyan pomidor, mozzarella və reyhanlı pizza gəlib. Buna görə də bu şəhərin hər yerində pizza tapa bilərsiniz, “Daha ləzzətli pizza” deyə bir şey yoxdur, çünki hamısı dadlıdır.

Limoncello...

Neapol gecə gəzintiləri üçün əla şəhərdir. Yüksək səslə danışan şən İtalyanlar, ətrafı maraqla seyr edən turistlər… Bəli, şərablar çox ucuzdur, amma Neapolun ən məşhur içkisi limoncello.

Yadda saxlayın:

+Neapol alış-veriş məkanı deyil, amma bəyəndiyiniz bir şey olanda mütləq alın.

+Neapolun futbol matçı zamanı küçələrdəki coşğu size çaşdıra bilər. Futbol Neapolun ən əhəmiyyətli əyləncəsidir.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm