Toydan bir neçə saat sonra valideyn oldular - Fotolar
Bizi izləyin

Bilgi.az

Toydan bir neçə saat sonra valideyn oldular - Fotolar

Liz və Mario Şlimon cütlüyü üçün ən gözəl toy hədiyyəsi toydan 8 saat sonra dünyaya gələn Yeva adlı qızları olub. Körpə gözlənildiyi vaxtdan 11 gün tez dünyaya gəlib.

Yeni Zelandiyadan olan cütlük eyni gündə həm toy edib, həm də ilk övladlarını dünyaya gətirib. 39 yaşlı Liz Şlimon toya bir neçə saat qalmış doğuş ağrılarından əziyyət çəkməyə başlayıb. Lakin qadın toy gününü təxirə salmayıb və o, gözəllik salonunda dəhşətli ağrılarla oturmalı olub. Xoşbəxtlikdən körpə toy mərasimində dünyaya gəlməyib və cütlüyün nikaha daxil olması tez bir zamanda başlayıb-bitib. Ər-arvad dostları tərəfindən təşkil olunmuş əyləncə gecəsinə qoşula bilməyib və dərhal xəstəxanaya getməli olublar. Liz gəlin paltarını xəstəxanaya geyiminə dəyişməli olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm