Avropanın ən xoşbəxt ölkəsi
Bizi izləyin

Bilgi.az

Avropanın ən xoşbəxt ölkəsi

Avropanın ən xoşbəxt xalqları Skandinaviya yarımadasında yaşayır.

AzVision.az-ın Qərb KİV-nə istinadən verdiyi məlumata görə, bu qənaətə Böyük Britaniya Milli Statistika Bürosunun tədqiqatçıları gəlib.


Belə ki, Danimarka və Finlandiyanın 10 sakinindən 9-u özünü xoşbəxt hiss edir. Bu göstərici orta statistik Avropa göstəricilərini əhəmiyyətli dərəcədə yüksəkdir. Ümumilikdə avropalıların 69 faizi özünü xoşbəxt hiss edir.


Avropada ən aşağı göstərici isə Bolqarıstanda qeydə alınıb. Belə ki, bolqarların cəmi 38 faizi özünü xoşbəxt hiss edir. Onlar həmçinin Avropada idmanla məşğul olmaq istəyən xalqdırlar.


Maraqlıdır ki, maltalılar və isveçlilər 72-i yaşa qədər sağlam və aktiv həyat sürürlər ki, bu da eston və slovaklara nisbətən 12 il çoxdur. Orta hesabla avropalılar 61 yaşa qədər öz sağlamlıqlarını qoruyurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm