Göz yaşardan soğanın bilmədiyiniz faydaları
Bizi izləyin

Bilgi.az

Göz yaşardan soğanın bilmədiyiniz faydaları

Hər dəfə doğradığınız zaman gözlərinizi yaşardan soğanın sağlamlığa faydaları saymaqla bitməz. Budur, soğanın çox güman ki, bilmədiyiniz faydaları ilə tanış olun.

Hər dəfə doğradığınız zaman gözlərinizi yaşardan soğanın sağlamlığa faydaları saymaqla bitməz. Budur, soğanın çox güman ki, bilmədiyiniz faydaları ilə tanış olun.

Yeni kəsilmiş soğanı arı çalan yerə sürtsəniz, ağrını alar və həmin yerin şişməsini önləyər.

Hong Kong Universitetinin mütəxəssislərə görə, xüsusilə qırmızı soğan pis xassəli xolesterolu aşağı salır. Bir ədəd çiy soğanın yarısını hər gün istifadə edən kəslərin yaxşı xassəli xolesterolunun 30 % nisbətində artdığı deyilir.

Soğanın içərisində xərçəng, ürək narahatlıqları və hətta alzheimerə qarşı faydalı olan antioksidanlar var.

Roma imperatoru Nero və ABŞ başçısı Corc Vaşinqtonun soyuqdəyməyə qarşı soğandan istifadə etdiyini bilirdinizmi?

Soğanın tərkibində olan yağ insulin kimi təsir göstərir və qan şəkərinin səviyyəsini aşağı salır.

Eyni nisbətdəki soğan suyu və alma sirkəsini qarışdırılaraq əldə olunan toniki gündə 2 dəfə dərinizə sürtdüyünüzdə tünd rəngli bölgələrə yaxşı təsir edir. Bu tonik dəridəki pH tarazlığını təmin edərək rəng fərqliliyinə qarşı olduqca təsirlidir.


Soğanın tərkibində bronxit, diabet, astma və saman soyuqdəyməsinə yaxşı təsir edən flavanoidlər var.
Soğanın nizamlı istifadəsi prostat xərçəngi riskini azaldır. Eyni təsir mədə və sinə xərçəngi üçün də keçərlidir.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm