11 yaşda ərə verildi, quldurlar kraliçası oldu - FOTO
Bizi izləyin

Bilgi.az

11 yaşda ərə verildi, quldurlar kraliçası oldu - FOTO

Hindistanda 12 il əvvəl baş vermiş qətllə bağlı yeni araşdırmalar başlanıb. On minlərlə insan dünən küçələrə çıxaraq hüquq-mühafizə orqanlarını və siyasətçiləri yalançılıqda suçlayıb.


Olaylar Phulan Devi ilə bağlıdır.11 yaşında zorla ərə verilən, 13 yaşında isə sərxoş əri tərəfindən vəhşicəsinə döyülərək çölə atılan Phulan Devi 14 yaşı olanda kənddə həyatının dəhşətini yaşamışdı.


1963-cü ildə Hindistanın şimalındakı Uttar-Pradeş ştatında, Calaun kəndində qayıqçı ailəsində doğulmuş Phulan 30 yaşlı əri Lala Puttinin onu evdən qovmasından sonra yataq xəstəsi olan atasının evinə qayıtdı.

Phulanın onda 14 yaşı vardı.


Az sonra əri Lala Putti onu oğurluqda suçlayaraq məhkəməyə verdi. Phulan 3 gün müddətinə həbs olundu və onu həbsxanada, kamerada dəfələrlə zorladılar.


Azadlığa buraxılan Phulan kəndə qayıtmaq istəməsə də, başqa çıxış yolu yoxdu.Milli.Az Hindistan Times-a istinadən bildirir ki, Behmay kəndindəki ev Phulan üçün təhlükəsiz məkan deyildi. Gecələrin birində o, həyətdə səs-küyə ayıldı. 20 kişi həyətə doluşmuşdu. Hamısı da sərxoş. Onlar "Gəl buraya, balaca fahişə!" deyərək Phulanı sürüyüb evin arxasındakı ağaclığa apardılar və səhərədək zorladılar. Səhər saatlarında biçarəni qonşular tapmışdılar.

Phulanın sevdiyi 18 yaşlı oğlan da həmin gecə qətlə yetirilmişdi. Phulan həmin olaydan sonra iki ay yataqda qaldı, sonra isə intihar etmək istədi. Amma intihardan son anda vaz keçdi.

1979-cu ildə Phulanı məşhur quldur Babu Qucaranın dəstəsindəki adamlardan biri oğurladı. Qızı görən quldurbaşı Babu onu bəyəndi və yatağına salmaq istədi. Lakin Babunun sağ əli Vikram Mallah buna imkan vermədi, quldurbaşını qətlə yetirdi və dəstənin başçısı oldu.

Phulan da Vikramın ikinci arvadına çevrildi.

Quldura dönən qadın əri Lala Puttidən intiqam almaq istəyirdi. O, istəyini Vikrama deyir və quldur dəstəsi Uttar-Pradeşdəki kəndə, Putinin evinə yollanır. Lala Putti ölüncəydək döyülür, onun cəsədi kəndin ortasına atılır.

Quldur dəstəsi Racastan ştatının Dholpur bölgəsindəki Çambal çayının sahillərində gizlənirdi.

Bir müddət sonra quldurluğa və soyğunçulağa başlayan Phulan Devi artıq dəstənin başçılarından biri idi.

1979-cu ilin fevralın 14-də isə Phulan Devi əri və dəstəsi ilə doğma Behmay kəndinə yollanır və vaxtilə təcavüzlərinə məruz qaldığı 20 kişinin hamısını gecə saatlarında yataqlarındaca başlarını kəsdirərək öldürtdürür.

Hindistanda "quldurlar kraliçası" kimi tanınan Phulan Devi illər sonra tutuldu, həbsxanaya atıldı. 11 il həbsxanada qalan Phulan iki dəfə millət vəkili seçilmişdi. Kişi məşbuslarla bir kamerada qalan Phulanın hökmü, zabitəsi o qədər güclü idi ki, nəinki həmin kamera, bütün həbsxanadakı məhbuslar onun əmrlərini sözsüz yerinə yetirirdilər.

Həbsxanadan qaçan Phulan yeni dəstə yaradır. Amma 1983-cü ildə o, ağır xəstələndiyindən polisə təslim olmaq qərarına gəlir: üstəlik, dəstə üzvlərinin tam əksəriyyəti ya tutulmuş, ya da öldürülmüşdü.

Uttar-Pradeş ştatının polisi ilə danışıqlara başlayan Phulan Devi yalnız Madhya-Pradeş ştatının polisinə təslim olacağını bildirmişdi. Üstəlik, o, tələb etmişdi ki, dəstəsinin sağ qalmış üzvlərinə ən uzağı 8 il həbs verilsin.

Bhind şəhərinə yollanmış Phulanı Madhya-Pradeş ştatının qubernatoru və baş naziri ilə bahəm, 10 min sakin və 300 polis qarşılamışdılar. 1994-cü ildə azadlığa çıxan Phulan Devi siyasətə atılmış, iki dəfə deputat seçilmişdi.

2001-ci ilin iyulun 25-də isə Phulan Devi paytaxt Nyu-Delhidəki evinin qarşısında güllələndi.

İllər sonra Şer Sinqh Ran tutuldu. "Pankac" ləqəbli bu mafiozun dediyinə görə, Behmay kəndindəki faciənin qisasını almaq üçün belə etmişdi. Fəqət, Hindistanda çox az adam "Pankac"ın bu qətlin yeganə təşəbbüskarı olduğunu düşünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm