Kim Çen İn öz “ölümünü” izləyəcək
Bizi izləyin

Bilgi.az

Kim Çen İn öz “ölümünü” izləyəcək

Koreya Xalq Demokratik Respublikasının hökuməti Şimali Koreya diktatoru Kim Çen İnin öldürülməsindən bəhs edən “Müsahibə” (“The İnterview”) komedik filmə irad tutub. Hollivud istehsalı olan film 2014-cü ilin oktyabrında ekranlara buraxılacaq. Ekran əsərində baş rolları Ceym Franko və Set Roqen ifa edir.

Şimali Koreya dövlət başçısının mətbuat katibi Kim Men Hol deyib: “Filmdə xarici liderin qətlə yetirilməsi ABŞ-ın Əfqanıstan, İraq, Suriya və Ukraynada törətdiklərini əks etdirir. Prezident Con Kennedinin amerikalılar tərəfindən öldürülməsini də unutmayaq”.

Filmin süjetinə görə, Kim Çen İndən müsahibə almaq hüququ qazanmış iki teleaparıcı Şimali Koreyaya yollanır. Lakin jurnalistlər ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən KXDR lideri Kim Çen İni qətlə yetirmək tapşırığı alırlar. Filmdə Kim Çen İnin “delfinlərlə danışması” kimi əfsanələr də yer alıb. Tənqidlərə baxmayaraq, Kim Men Hol film buraxıldıqdan sonra Şimali Koreya liderinin də onu izləyəcəyini deyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm