Lezbiyan sevgisi - Fotolar
Bizi izləyin

Bilgi.az

Lezbiyan sevgisi - Fotolar

Üç övlad yiyəsi olan Mişel Makfarleyn və əri Böyük Britaniyadakı yaşayış evini Cənubi Afrikada yerləşən hovuzlu villaya dəyişiblər. Xoşbəxt görünən cütlüyün xoşbəxtliyi də elə bundan sonra puç olub. Daha doğrusu, uşaqlara dayə götürülən 23 yaşlı Marizett Tophamın ailəyə gəlişiylə hər şey dəyişib.

Qaraşın, göygöz dayə ailədəki uşaqlara baxmalı və ev işlərində qadına yardım etməliydi. Lakin dayə tezliklə seksual fəaliyyətə başlayıb. Üç uşaq anası Mişel qadının evə gəldiyi gündən emosiyalarına hakim çıxa bilmədiyini deyib. O, əvvəllər dayə qismində lezbiyanla qarşılaşacağını ağılına da gətirməyib. Lakin dayə Marizett sözün əsil mənasında Mişeli yoldan çıxarda bilib.

Arvadının lezbiyan dayə ilə sevişdiyini öyrənən ər göz yaşlarını saxlaya bilməyib, övladları isə analarının başqa bir qadına görə onlardan imtina etməsi ilə barışmayıb. Mişel uşaqlarının əzab çəkməsinə məhəl qoymayaraq Marizettlə yaşamaq üçün evi tərk edib və Cənubi Afrika qanunlarına əsasən, həmcinsi ilə ailə qurub.

Lakin sonda lezbiyan cütlük ayrılmalı olub. Mişelin keçmiş əri və uşaqları ilə vaxtaşırı görüşməsini qısqanan Marizett evdə tez-tez dava salırmış. Sonda lezbiyan cütlük boşanmalı olub.

Mişel bundan sonra heç bir zaman lezbiyanla görüşməyəcəyini desə də, bir müddətdən sonra dul qalmış qadınla münasibət qurmağa başlayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm