Səhv diaqnoz qadını bu günə qoydu – Foto
Bizi izləyin

Bilgi.az

Səhv diaqnoz qadını bu günə qoydu – Foto

Lesya Kotolevski heç vaxt xərçəng xəstəliyindən əziyyət çəkməyib. Lakin səhv qoyulmuş diaqnoz nəticəsində qadın şüalanma qəbul etməli olub. Bu terapiya qadının simasını tamamilə eybəcərləşdirib.

İki gün bundan əvvəl isə Lesya gözəlliyini yenidən bərpa etmək məqsədi ilə, nəhayət ki, əməliyyat olunub. İyirmi dörd saatlıq əməliyyat ABŞ-ın Luisvilya Universitetində aparılıb. Otuz yaşlı qadın Qazaxıstanda səhvən müalicə alıb və amerikalı həkim Carod Litl həmkarlarının səhvini düzəldib.

Əməliyyata qədər Lesyanın yanağında iri bir dəlik yaranıb. Bundan əlavə, qadının qida qəbul etməsində və nitqində də çətinlikləri olub. Həmçinin, bu azmış kimi o, ailəsini, işini, evini itirməli olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm