Ölməzdən öncə edəcəklərinizin siyahısı
Bizi izləyin

Bilgi.az

Ölməzdən öncə edəcəklərinizin siyahısı

“Ölməzdən əvvəl etməniz lazım olanlar”. Bu siyahı vaxtaşırı tərtib olunur və yenilənir. Bu xəyalları gerçəkləşdirmək üçün neçə manat tələb olunur? “Ölməzdən əvvəl etməyiniz lazım olanlar” siyahısında 10 maddə qeyd olunub və siyahının sonunda nə qədər xərcləmək lazım gəldiyi yazılıb.

  1. Dakar Ralliyə gedin.
  2. “2015 Dakar Rallisi” Argentina, Çili və Boliviya torpaqlarında baş tutacaq. Dakar Rallisi 16 gün davam edən dayanıqlılıq yarışmasıdır. Macəra axtaranların əksəriyyəti Dakar Rallisinə qatılır. Yarışda iştirak edən insanların 80%-i məhz həvəskarlardan ibarət olur. Ralliyə qatılmaq istəyənlərə xidmət təklif edən bir sıra şirkətlər mövcuddur və bunun üçün sizə 80 min dollar tələb olunur. Yarışı izləmək üçün isə sizə 4 min dollar lazımdır.
  3. İngiltərənin ən gözoxşayan festivalı olan “Royal Askot”-a qoşulun.
    “Royal Askot” İngiltərənin cənubundakı Askot şəhərində keçirilən at yarışıdır. Yarış 5 gün davam edir və onu izləmək üçün 5 min funt sterlinq tələb olunur.
  4. İsraildəki Ağlama Divarı ziyarət edin.
    Qüds şəhərində yerləşən Ağlama Divarı - yəhudilərin Süleymanın peyğəmbərlə bağlı müqəddəs hesab etdikləri divara deyilir. Təbii ki, Qüdsə getmişkən Əl-Əqsa məscidini də ziyarət edə bilərsiniz. Qüdsə tətil 4 günlük 600 avro civarındadır.
  5. Kann film festivalına gedin. Kann film festivalında iştirak etmək sizə 1000 avroya baha başa gələcək.
  6. Amerikanın ən çox bağıranlarının yarışına qatılın. “National Hollerin Contest” yarışı ABŞ-ın Şimali Karolina ştatında təşkil edilir. Yarışa giriş bileti uşaqlar üçün 5, böyüklər üçün isə 10 dollardır.
  7. Alyaskadakı itlərin yarışına baxmağa gedin. Yarış 9-15 gün davam edir. ABŞ-ın 49-cu ştatı Alyaskaya turlar 1700 dollar təşkil edir.
  8. Rionun Kopakabana çimərliyinə yollanın. Braziliyanın şəhəri Rio de Janeyroda yeni ili qarşılamaq üçün sizə 2500-3000 avro tələb olunur.
  9. Şotland adalarında keçirilən Vikinq festivalına qoşulun. Şotland adaları İngiltərənin şimalında, Norveçin qərbində yerləşir. Növbəti Vikinq festivalı 2015-ci il yanvarın 25-də keçiriləcək. Bunun üçün sizə 1500 dollar tələb olunur.
  10. Tailandda “Ngan Kin Jeh” vegetarian festivalına gedin. Bir Tailand turu 1000-1500 dollar civarındadır.
  11. Yunanıstanda “Anastenaria” (odda gəzişmə) festivalına qoşulun. İnanclara görə, illər əvvəl Aziz Konstantinos ilə Azize Eleni kilsəsində yanğın olub. Kəndlilər kilsədə müqəddəs əşyaları xilas etmək üçün odun içinə yüyürüb və əşyaları zərər görmədən çıxara biliblər. Anastenaria festivalı Yunanıstanın digər bölgələrində də keçirilir. Turun qiyməti 200-500 avro arasında dəyişir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm