Oğru hamilə satıcını belə döydü (VİDEO)
Bizi izləyin

Bilgi.az

Oğru hamilə satıcını belə döydü (VİDEO)

Amerikanın Florida ştatında baş verən cinayət böyük səs-küyə səbəb olub.

ANS PRESS-in verdiyi məlumata görə, mobil telefon aksesuarları satılan mağazada oğurluq olub. Baş verən hadisə müşahidə kamerasına düşüb.

Belə ki, mağazada işləyən satıcı qadın kassanın qarşısında durduğu vaxt bir kişi içəri girib. Kişi kassirə yaxınlaşır. Oğru qəflətən hamilə qadının üstünə hücum çəkərək, onu vurur. Aldığı zərbədən yerə yıxılan hamilə qadın huşunu itirib. Bu zaman həmin şəxs kassaya yaxınlaşıb, bütün pulları götürərək qaçıb.

Sonradan polis videodan həmin şəxsin kimliyini müəyyən edib. Məlum olub ki, o, 41 yaşlı Vinsent Conson adlı şəxsdir. Polisin keçirdiyi əməliyyat nəticəsində şübhəli şəxs saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm