Gözəl qadının siması necə olmalıdır? FOTOSESSİYA
Bizi izləyin

Bilgi.az

Gözəl qadının siması necə olmalıdır? FOTOSESSİYA

Ameriklı jurnalist qadın gözəlliyi idealını və obrazını aramaq üçün maraqlı eksperiment keçirib.

ABŞ-ın Missuri ştatındakı Kanzas-Siti şəhərində yaşayan 24 yaşlı Ester Honinq fotosunu 25 ölkədəki 40 fotoredaktora yollayaraq "Məni gözəlləşdirin" yazıb.

Şri-Lanka, Filippin, Mərakeş, Banqladeş, Ukrayna, İsrail və s. kimi 25 ölkədə yaşayan fotoredaktorlar da Adobe Photoshope-dən yararlanaraq Esteri "gözəlləşdiriblər".

Milli.Az bildirir ki, Ester Honiq "Before&After" ("Əvvəl və sonra") adlı sosial eksperimentinin Yyekunlarını bloqunda dərc edib. Onun dediyinə görə, eksperimentin məqsədi modellər və şou-biznes ulduzlarının fotolarının Photoshop vasitəsilə dəyişdirilməsi, absurd və irreal "gözəllik standartları"nın hələ də qüvvədə olmasına etirazdır.

"Gözəllik standartlarının müxtəlif ölkələrdə çox fərqli olduğunu da göstərmək istədim. Müxtəlif mədəniyyət daşıyıcıları olan insanların estetik seçimləri çox fərqlidir. Nəticələr məni çox təəccübləndirdi və əmin oldum ki, saxtakarlıqla "gözəllik standartları"na riayət etmək məntiqsizlikdir", - Ester Honiq bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm