Bakıda 1 000 manata çörək (FOTO)
Bizi izləyin

Bilgi.az

Bakıda 1 000 manata çörək (FOTO)

Sosial şəbəkələrdə Bakıda 1 000 manata çörək olduğunu əks etdirən foto şəkil yayılıb. ANS PRESS-in xəbərinə görə, şəkil Bakının Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində çəkilmiş çörək “budka”sına aiddir.

Köşkün üstündə, “1 000 manat çörək” – yazılıb. Həmçinin burda çörək sözü kiril əlifbası ilə yazılıb. İstər çörəyin qiyməti, istərsə də yazının kiril əlifbası ilə yazılması bu köşkün manatın denominasiyasından əvvələ aid olduğunu göstərir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm