Ticarət Mərkəzinin içində göl - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ticarət Mərkəzinin içində göl - FOTOLAR

1997-ci ildə Tailandın paytaxtı Bankokun ən məşhur ticarət mərkəzi binada olan nasazlıqlar səbəbindən bağlandı.

1999-cu ildə təmir işləri yenicə başlayırdı ki, ticarət mərkəzində güclü yanğın baş verdi. Nəticədə, binanın damı tamamilə yanaraq külə döndü. O vaxtdan baxımsız və damsız qalan bina ilə daha heç kim maraqlanmadı.

Təbiət isə öz işini görürdü. Aramsız yağışlardan sonra ticarət mərkəzinin içində böyük göl yarandı. Gölün yaranması ilə ətrafında müxtəlif həşəratlar peyda oldu. Bu süni gölə balığın haradan gəlib düşməsi sirr olaraq qalır. Amma real fakt odur ki, uzun illər baxımsız qalan ticarət mərkəzinin içindəki göl indi balıqla qaynayıb-daşır.

Əraf qəsəbəsinin kasıb sakinləri isə bu gölü qoruyur. Çünki göldən tutduqları balıqları turistlərə sataraq pul qazanırlar.

Publika. az həmin gölün fotoların təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm