Ölümdən qabaq keçirilən 5 peşmançılıq hissi
Bizi izləyin

Bilgi.az

Ölümdən qabaq keçirilən 5 peşmançılıq hissi

Allah insanı hər şeydən seçərək xüsusi yaradıb. Ölümün ağrılımı, ağrısızmı, bir andamı, yoxsa uzun müddət möhtac qalıb, sürünərək gələcəyini bilmirik. Amma hamımız bir gün dəqiq öləcəyimizi bilirik.

Bəzən canlı varlıq olan insan günün birində öləcəyini bildiyi halda, bu dünyada, sanki heç ölməyəcəkmiş kimi, ömürlük yaşamağa hazırlaşır. Yaş bir az irəlilədiyi zaman oranız-buranız ağrıyanda, ürəyinizin döyüntüsü bir az pozulduqda, kürəyinizdə bir əzələ ağrısı, ya da böyrəyinizdə bir daş ağrısı olduğunu hiss etdikdə, bəlkə də ağlınızdan ölüm keçir. Ancaq yenə də ölümü özünüzə asanlıqla yaxın buraxmırsınız.

Axar.az olaraq bu mövzu haqqında düşünüb, ölümə yaxınlaşan insanların buraxdıqları səhvlərdən peşmançılıq hissi keçirdiklərini araşdıran avstraliyalı yazar və əməliyyatçı Bronni Veyrin bir neçə il bundan əvvəl başladığı maraqlı və fərdi araşdırmanı təqdim edirik:

Bronni Veyr iş həyatının uzun bir müddətini tibb bacısı kimi fəaliyyət göstərərək xəstələrin ömürlərinin son 12 həftəsində onlarla maraqlanıb. Onu digər tibb bacılarından fərqləndirən xüsusiyyətlər isə xəstələrin ölümqabağı paylaşdığı peşmançılıqları “İlham və Çay” (“Inspiration and Chai”) başlıqlı yazıda apardığı qeydlər və həmin qeydləri qeyri-adi maraqla “Ölümdən öncə ilk 5 peşmançılıq” “(The Top Five Regrats od The Dying)” adlı kitabda çap etdirməsi idi. B.Veyr həmin kitabında insanların həyatlarının son günlərində qazandıqları acı xəstəlik, bizlərin isə bu müdriklikdən nələr öyrənə biləcəyimizi izah edib.

Tibb bacısı həmin kitabda qeyd edir ki, heç kim “kaş daha çox bunu etsəydim” söyləməyib. O, xəstəxanada və ya evlərində ümidsiz olaraq ölümü gözləyən, amma ağlı başında olan bir çox xəstəni ziyarət edib. Onlarla qısa söhbətlər edərək çəkdikləri peşmançılığı soruşurmuş. Sonra isə apardığı qeydlərdə insanların ölməzdən əvvəl ən çox keçirdiyi peşmançılıq hissinin əsas 5 mövzusunu təyin edib.

“Ölümdən öncə ilk 5 peşmançılıq” adlı kitabda yazılan sıralama:

* kaş ki, başqalarının məndən gözlədiyi həyatı yaşamaq əvəzinə, xəyallarımı gerçəkləşdirməyə cəsarətim olaydı

* kaş ki, bu qədər çox işləməsəydim

* kaş ki, duyğularımı ifadə edə biləcək cəsarətim olsaydı

* kaş ki, dostlarımla əlaqələrimi kəsməsəydim

* kaş ki, özümə daha çox xoşbəxt olmaq üçün icazə versəydim…

Bu araşdırmada nəticələrin çox böyük nisbətdə doğru olduğunu düşünən Veyr bildirir ki, ölümünə az qalmış insanlar maddi mövzularla əlaqədar bir peşmançılıq keçirməyibər. Heç kim bu dünyadan köçüb getmək ərəfəsində, “Kaş ki, daha çox pul qazanaydım”, ya da “Kaş ki, bələdiyyə başçısı, millət vəkili olsaydım” düşünmür. Hətta bəlkə bu sözlər insanların ağlından belə keçmir. İnsanlar üçün əhəmiyyətli olan ölənə qədər azad yaşamaqdır.

Sonda isə tibb bacısı, yazar və əməliyyatçı Bornni Veyr tövsiyə də etməyi unutmur:

“Siz də düşünün. Ölümdən qaçmaq mümkün olmadığı anda biri sizdən soruşsa ki, keçirtdiyiniz peşmançılıq hissini necə sıralayardınız? Mən bunun çox əhəmiyyətli bir imtahan olduğuna inanıram. Hesab verərkən cəhənnəm atəşinin istiliyini hiss edərək etdiyiniz səhvləri və günahları düşünün. Bu, eyni zamanda, özünüzə etdiyiniz pisliklərlə hesablaşma olacaq. Bəlkə günahlarınızı və səhvlərinizi özünüzə etiraf edəcək cəsarəti tapa bilsəniz, ömrünüzün geri qalan qismini “Allah hər kəsə uzun ömür versin” sözləri ilə daha yaxşı və xeyirli bir insan olaraq keçirə bilərsiniz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm