Öcalanın cangüdəni olan qadın yaşadıqlarını göz yaşları ilə anlatdı
Bizi izləyin

Bilgi.az

Öcalanın cangüdəni olan qadın yaşadıqlarını göz yaşları ilə anlatdı

"Məni dağda atıb qaçdılar, 20 gün tək qaldım"

"Artıq nə yoldaşlarım, nə də şərəfli bir təşkilatı vardı, ona görə də ölkəmi seçdim"

PKK lideri Abdullah Öcalanın ən yaxın mühafizəçilərindən olan, 1998-ci ildə tutulub Türkiyəyə gətirilən və 1 il həbsxanada yatan 44 yaşlı Ayten Durdu cəmiyyətin onu dışlamasından gileylənib. Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, 6 il PKK sıralarında qaldıqdan sonra Türkiyəyə gəldiyini və 1 il həbsxanada yatdığını deyən Durdu, yarımçı buraxdığı Çukurova Universitetinin Türk dili və ədəbiyyatı fakltəsini bitirdiyini, ancaq keçmişinin davamlı olaraq önünə çıxarıldığını, bu səbəbdən iş tapa bilmədiyi və cəmiyyətdən dışlandığını söyləyib. İşlə bağlı müraciət etdikdə bir çox yerdən "PKK-çısan, həm də Öcalanın mhafizəçisisən" cavabını aldığını, müvəqqəti işlərdə çalışaraq həyatını davam etdirdiyini vurğulayan Ayten Durdu dağda olanlara "silahı buraxın" çağırışı edildiyi, ancaq geri dönənlər barəsində hökumətin düşünmədiyini deyib: "Səhv etdiyini anlayaraq dağdan enənlərlə cəmiyyət günahkar kimi davranır. Kimsə iş vermir, ünsiyyət yaratmır. Ən kiçik hadisə zamanı dərhal günahkar olaraq hədəfə alınırlar. Dövlət mənim kimi dağdan enənləri cəmiyyətə inteqrasiya etməlidır".

"Xəyallarım vardı..."

Atası Mehmet Durdunun 2 dəfə - ANAP və AKP-nin vaxtında bələdiyyə başçısı olduğunu deyən Ayten Durdu PKK-ya Adanada universitetdə oxuyarkən qatıldığını söyləyib. Universitetin 3-cü kursunda oxuyarkən, dışlandığını və təbliğat nəticəsində PKK-ya qoşulmaq qərarı verdiyini ifadə edən Ayten Durdu bunları deyib: "Mənim fərd olaraq yaşadığım bizim bir gerçəyimizdir. Mən bir kəndli qızıydım.Çukurova Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsini yksək balla qazandım. Dünyalar mənim olmuşdu, oxuyacaqdım, ailəmə, qardaşlarıma, yaşadığım cəmiyyətə dəyər verəcəkdim. Elə bir iddia, elə bir xəyalla oxudum. Kürd olduğum üçün yaşadığım bəzi hadisələrdən sonra indi anlamaqda çətinlik çəkdiyim bir yolçuluğa itələndim və dağa getdim.

"Öcalan bizə müəllimlik edirdi"

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, 1992-ci ildən 1998-ci ilə qədər təşkilatın Livan və Suriyadakı düşərgələrində olan və PKK lideri Abdullah Öcalanın bir mddət mhafizəsində iştirak edən Ayten Durdu deyib: "6 ilim Türkiyənin xaricində keçdi. Amma mən bir cənnət axtararkən, fərqli problemlərlə qarşılaşdım. Abdullah Öcalan şəxsən universitet gənclərini təhsilə alardı. Öcalan sanki bizə müəllimlik edər, kürd tarixi və proses haqqında düşüncələrini izah edərdi. Bizlər də ondan öyrəndiyimizi yeni gələnlərə öyrədirdik".

"Məni dağda atıb qaçdılar"

Suriyadan çıxdıqları bir qrupla İraqın şimalındakı düşərgələrə gedərkən pusquya düşdüklərini və tək buraxıldığını deyən Ayten Durdu bu hadisədən sonra Türkiyəyə gəlişini belə izah edib: "Şimali İraqda 20 nəfərlik bir qrupla pusquya düşəndə yoldaşlarım məni o bölgədə tək buraxıb qaçdı. Bir qadın olaraq dağda tək başına qaldım. Həftələrlə tanımadığım bir ərazidə, bilmədiyim bir coğrafiyada ac qalmaq, susuz qalmaq bir yana, bir qadın olaraq nə edəcəyimi, hara gedəcəyimi bilmədim. 20 gün xəndəklərdə gizləndim, gündüz yatdım, gecə yol getdim. Bir insan səsinə çatmaq üçün əlləşdim. Çünki bilmədiyim bir yedəydim. Yolumu itirdim. Bu, qadın üçün normal bir vəziyyət deyil. Daha sonra bir kürd kəndinə pənah apardım. Onlara yaşadıqlarımı izah etdim. Burada tək olduğumu dedim, kömək istədim. Bir müddət o kənddə qaldıqdan sonra ailəmi axtardım. Artıq mənim üçün nə yoldaşlarım, nə də şərəfli bir təşkilatı vardı. Ona görə də ölkəmi seçdim.

"Keçmişim mənə mane olur"

Tutulduqdan sonra Terrorla Mübarizə qanuna əsasən, 1 il həbsxanada qaldığını, tələbə əfvi ilə azadlığa buraxıldığını və universitetdə təhsilini davam etdiyini diqətə çəkən Ayten Durdu olanları yaddaşından silib yeni bir həyata başlamaq istədiyini, lakin siyasi keçmişinin həmişə ona mane olduğunu vurğulayaraq, hökümətdən ona və onun durumunda olanlara dəstək verilməsini istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm