
Braziliyada keçirilən futbol üzrə
2014-cü il Dünya Çempionatı 1 milyard dəfədən çox müzakirə
edilərək, "Facebook" tarixinin ən çox danışılan mövzusu
olub.
Publika.az-ın məlumatına görə, komandaların 1/4
finala çıxma mübarizəsi zamanı sosial şəbəkədə paylaşılan
məzmunlar, bəyənmələr və onlara yazılan rəylər nəticəsində
"Facebook"da rekord göstərici qeydə alınıb.
"Facebook"dan verilən açıqlamada, 12-29 iyun
tarixləri arasında DÇ ilə əlaqədar 220 milyon istifadəçi tərəfindən
paylaşım, bəyənmə və rəy yazılaraq müzakirə
edilib.
Şənbə günü oynanılan Braziliya-Çili
qarşılaşmasında isə 31 milyon istifadəçi 75 milyon qarşılıqlı
müzakirə həyata keçiriblər.
İyulun 13-də keçirilməsi planlaşdırılan DÇ-nin
final matçında isə daha yüksək bir nəticə gözlənilir.