Roma Papasının nümayəndəsi seksual manyakmış
Bizi izləyin

Bilgi.az

Roma Papasının nümayəndəsi seksual manyakmış

Vatikanın Dominikan Respublikasındakı səfiri öz vəzifəsindən uzaqlaşdırılıb.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, arxiyepiskop Yuzef Vesilovski uşaqbazlıqda suçlanır. Hələ 2013-cü ilin sentyabrında mətbuatda belə bir informasiya yayılmışdı ki, Roma Papasının Dominikan respublikasındakı nümayəndəsi pul müqabilində azyaşlı oğlan uşaqları ilə tarixi San-Daminqo kilsəsində cinsi əlaqəyə girir. Qalmaqallı məqalədən sonra Vesilovski vəzifəsindən uzaqlaşdırılmış, barəsində istintaq başlamışdı.

Görünür, məqalədə yazılanlar təsdiqini tapıb və Vatikan nümayəndəsi ciddi cəzalanıb. Hələlik arxiyepiskopun apelyasiya şikayəti vermək üçün iki ay vaxtı var. Məhkəmənin qərarı dəyişməsə, Vesilovski uşaqlara qarşı seksual hərəkətlərinə görə Vatikan tarixində həbsxanaya düşəcək ilk ruhani olacaq.

Xatırladaq ki, Dominikan Respublikasından əvvəl Yuzef Vesilovski Papanın Orta Asiya dövlətlərində nümayəndəsi olub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm