"Putinfon”lar bir gün ərzində satıldı - Foto
Bizi izləyin

Bilgi.az

"Putinfon”lar bir gün ərzində satıldı - Foto

Rusiya Prezidenti Vladimir Putinin şəkili əks olunmuş və qızıl suyuna çəkilən qiymətli mobil telefonlar bir günün içində satılıb.

Axar.az xəbər verir ki, bir ədədinin qiyməti 147 min rus rublu (təxminən, 400 manat) dəyərində olan 42 ədəd “Ayfon 5S” markalı telefonlar böyük diqqət çəkib.

Telefon satışı ilə məşğul olan şirkətdən alıcıların kimliyinə aydınlıq gətirilməyib. Sadəcə, əlavə edilib ki, müştərilər kifayət qədər tanınan şəxslərdir. Telefonun üst hissəsində Putinin şəkilinin əks olunması ideyasına gəlincə isə menecerlər bunu vətənpərvərlik hisslərinin artırılması baxımıdan etdiklərini vurğulayıblar.

Hazırda sifarişlərin həcmi o qədər genişlənib ki, diller şirkət artıq ikinci partiyanın üzərində işləməyə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm