Göy rəngə boyanmış şəhər – Fotolar
Bizi izləyin

Bilgi.az

Göy rəngə boyanmış şəhər – Fotolar

Şefşauen çox da böyük olmayan şəhərdir və Mərakeşin şimalında yerləşir. Şəhər zəngin tarix, gözəl təbiət və möhtəşəm tikililəri ilə tanınır. Amma şəhər daha çox parlaq göy rəngə boyanmış divarları ilə məşhurdur.

Göyə rəngə boyanmış divarlar “Köhnə şəhər”in hissəsindədir və yerli əhali bu hissəni Mədinə adlandırır. Mədinə çox da hündür olmayan bir və iki mərtəbəli yaşayış binalarından ibarətdir. Küçələr labirint əmələ gətirdiyindən burada asanlıqla azmaq mümkündür. Şəhər hücum edən düşmənləri azdırmaq üçün belə layihələşdirilib.

Yerli sakinlər isə göy rəngdən ağcaqanadları uzaqlaşmaq üçün istifadə edir, çünki ağcaqanadlar parlaq rəngi sevmir. Lakin şəhərin rəngi ağcaqanadları qovmaqla yanaşı çoxlu turisti də özünə cəlb edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm