ŞOK: nazir arvadı qumarda 3,3 milyon dollar uduzdu
Bizi izləyin

Bilgi.az

ŞOK: nazir arvadı qumarda 3,3 milyon dollar uduzdu

Omanda siyasi böhran yaşanır. Səbəb isə bu ölkənin xarici işlər nazirinin xanımının pulları yelə verməsidir.

Omanın xarici işlər naziri Seyyid Bədr bin Həmad bin Həmud əl Busaydinin xanımı – 50 yaşlı Nora əl Daer Londondakı superlüks "The Ritz" otelinin kazinosunda 3,38 milyon dolları qumarda uduzub. Bu barədə “Daily Mail” yazıb.

Nazir xanımı oteldəki "Punto Banco" kazinosunda cəmi bir neçə saatın ərzində bu məbləği krupyenin masasında qoyub çıxıb.

Omandakı mənbələrin dediklərinə görə, olayla bağlı araşdırmalar başlanıb.

1999-cu ildə ölkənin XİN başçısı ilə ailə qurmuş Nora əl Daerin qumar düşkünü olduğu vurğulanır.

Nora əl Daer indi "The Ritz" otelini məhkəməyə verib və "Punto Banco"dakı krupyelərin onu aldatdıqlarını, vəziyyətindən sui-istifadə etdiklərini deyib.

Maskat şəhərində yaşayan nazir xanımının sözlərinə görə, kazinonun əməkdaşları onun "qumardan asılılığından məharətlə sui-istifadə ediblər".

Nora əl Daerin şikayət ərizəsi əsasında London Ali Məhkəməsində proses başlanıb.

"Həmin axşam mənə "Dayan, bəsdir!" deyəcək, məni qumar masasından ayıracaq adama ehtiyacım vardı. Lakin belə adam yoxdu və kazinonun əməkdaşları da qumardan asılılığımdan sui-istifadə etdilər. Pullarımı geri tələb edirəm", - Nora əl Daerin iddia ərizəsində deyilir. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm