Yayın sevimlisi çiyələk - FAYDALARI
Bizi izləyin

Bilgi.az

Yayın sevimlisi çiyələk - FAYDALARI

Çiyələk rəngi və qoxusu ilə yay mövsümünün ən sevimli meyvəsidir. Şirniyyat, marmeladların əvəzedilməz dadı olan çiyələyin faydalarını saymaqla bitməz.

C vitamin qaynağı olan çiyələyin ruhumuza və bədənimizə göstərdiyi faydaları təqdim edirik.

Xərçəngə yoluxma riskini azaldır. Xərçəngə qarşı mübarizə aparan antosiyan, ellagik asit, kaempferol, kuersetin kimi antioksidanlarla zəngindir.

Siqaretin təsirlərini azaldır. Gün boyun siqaret çəkilən bir otaqda olarkən ağıza iki ədəd çiyələk qoyulması məsləhətdir.

İnfarkt riskini 30 % azaldır və ürək sağlamlığını qoruyur.

Pis xolesterol səviyyəsini aşağı salır, damar sağlamlığını qoruyur.

Göz sağlamlığını qoruyur.

Su və lif tərkibi yüksək, kalori səviyyəsi aşağıdır. Arıqlamaq istəyənlər pəhrizlərinə daxil edə bilərlər.

Həzm siteminə faydalı olub qəbzlik problemini həll edir.

Uşaqlarda iflic və ağız-dəri yaralarına yol açan virusları məhv edir.

Qanı təmizləyir. Qan şəkərini nizama salır. Şəkər xəstəliyi riskini azaldır. Potasium və antioksidanla zəngin olub qan təzyiqini tənzimləyir.

Sakitlik bəxş edir. Stressi yox edir, depressiyadan qoruyur.

Manqanez tərkibli olub sümük sağlamlığını qoruyur.

Dəriyə nəm və canlılıq verdiyindən dəri üçün maskalarda istifadə edilr.

Ağız qoxusunu yox edir və diş ətlərini gücləndirir. Eyni zamanda ağızdakı yaralara da faydalıdır.

Revmatizm xəstəliklərinə xeyirdir.

Yüksək temperatura qarşı təsirlidir.

Qaraciyər xəstəliklərinə faydalıdır. Şəkər xəstələri bu meyvəni rahatlıqla yeyə bilər.

Qarnında su toplanan, böyrəyində qum, ya daşı olanlar, damar sərtliyi, yüksək təzyiq problemi olanlar çiyələk və yarpağından dəmlənmiş çaydan içə bilərlər.

300 qram çiyələk yarpağını və kökünü 1 gecə suda saxlayın. Ertəsi gün 1 litr suda 20 dəqiqə qaynadın və çay kimi için.

/ailem.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm