Siam əkizləri rekordlar kitabına düşəcək
Bizi izləyin

Bilgi.az

Siam əkizləri rekordlar kitabına düşəcək

ABŞ-da yaşayan siam əkizlərinin oktyabr ayında 63 yaşı tamam olur. Qarından yapışıq halda doğulmuş əkiz qardaşlar, Ronni və Donni Galyon 28 oktyabr 1951-ci ildə dünyaya gəliblər.

ANS PRESS-in məlumatına görə, həkimlər siam əkiz qardaşları ayıra bilmək yolunu axtararkən, körpələr həyatlarının ilk iki ilini xəstəxanada keçirmək məcburiyyətində qalıb. Ancaq Ronni və Donni Galyonun valideynləri son nöqtəni qoyub və riskli olduğu üçün körpələrinin əməliyyat olmasını rədd edib. Doğulduqlarından bəri üz-üzə yaşayan əkizlər, oktyabr ayında 63 yaşını qeyd edəcəklər. Əgər hər şey yolunda gedərsə, bu, bir dünya rekordu olacaq.

Qarın bölgəsindən bir-birinə bağlı olan əkizlərin dörd qolu, dörd qıçı, iki mədə və iki ürəyi var. Paylaşdıqları orqanlarsa bağırsaqlar və rektumdur.

Əkizlər, bir yataq firmasının onlar üçün hazırladığı xüsusi yatağa qovuşana qədər bir-birlərinin üzərində yatırmış.
İndi isə iki ayrı kürək hissəsi olan və anatomiyalarına xüsusi, həssaslıqla hazırlanan yataqda yatırlar.

Əkizlərə qardaşları Jim baxır. Eyni evdə yaşayan qardaşlar çox yaxşı yola getdiklərini bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm