Bilgi.az
Astroloji proqnoz - 5 iyul
QOÇ - Sizin üçün istirahət etməkdən söhbət belə gedə bilməz. Əksinə, bütün işgüzar görüşlərinizi bu təqvimə təyin etməlisiniz. Çünki ən uğurlu gün məhz sizin bürcün bəxtindədir.
BUĞA - İxtiyarınızda olan bu təqvimdə ilk öncə işgüzarlığınızı artırmağa çalışın. Əsas işləriniz yarımçıq qaldığı təqdirdə istirahət etməyin. Yeni sövdələşmələrə də hazır olun.
ƏKİZLƏR - İqlimin qəfil dəyişkənliyi və proseslərin əsəbi müstəviyə keçməsi səhhətinizlə bağlı problemlər yarada bilər. Odur ki, özünüzü qorumağa güc verin. Göy-göyərti çox yeyin.
XƏRÇƏNG - Bürcünüzün ən gözəl günlərindən birini yaşayacaqsınız. Bütün proseslər xeyrinizədir. Ulduzlar büdcənizə xeyir verəcək. Amma sizə ehtiyac duyan insanlara baş çəkməyi də unutmamalısınız.
ŞİR - Mənəvi və ruhi baxımdan uğurlu gündür. Göy qübbəsi bütün hərəkətlərinizi tənzimləyəcək. Özünüzü qorumağa çalışın ki, bəzi xoşagəlməz hadisələr ovqatınızı poza bilməsin.
QIZ - Riskli qərar çıxarmayın. Əks təqdirdə həmişəki kimi yanılacaqsınız. Başqaları ilə məsləhətləşməməyinizə ulduzlar da təəccüblənir. Unutmayın ki, çox vaxt "tək əldən səs çıxmır".
TƏRƏZİ - Hansısa xırda məsələyə görə bu qədər sıxıntı keçirməyiniz nəyə lazım? Axı çıxış yollarını hamıdan yaxşı siz bilirsiniz. Özünüzü çətinliyə salmaqdansa, qəti qərar verin. Yeri gəlsə, məsləhətləşin.
ƏQRƏB - Əsas diqqətinizi ailə-sevgi münasibətlərinin tənzimlənməsinə yönəldin. Hazırda ətrafınıza daha çox yaxşı adamlar toplaşıb. Onların kömək və məsləhətlərindən yararlanın.
OXATAN - Ulduzlar bəyan edir ki, yalnız münasibətlər zəminində uğurlarınız olacaq. Səfər, fəaliyyət və ya şəxsi işlər üçünsə sərfəli vaxt deyil. Qohumlarla mübahisələrə yol verməyin.
OĞLAQ - Nədənsə son vaxtlar sürətlə ötən günlərdən mənəvi zövq ala bilmirsiniz. Bu problemi aradan qaldırmaq istəyirsinizsə, qonaq gedin. Narahatlığı yalnız bu cür dəf edə bilərsiniz.
SUTÖKƏN - Astroloji göstəricilər bu təqvimdə daha çox sizin bürc üçün büdcə artımı olduğuna işarə edir. Bəxtinizi sınamaq pis olmazdı. Amma riskli və yeni işlərdən də uzaqlaşmalısınız.
BALIQLAR - Səhhətinizə fikir verə bilsəniz, günün ümumi mənzərəsi qənaətbəxş olacaq. Qayğınıza qalanlar sizi darıxmağa qoymayacaq. Bu gün dünyadan gedənlərinizə dualar oxuyun.
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?