Bilgi.az
“Tvitter” sevgini öldürür?
Son araşdırmalara görə, həddindən artıq "Tvitter" istifadəsi
əlaqələrə mənfi təsir edir. Hətta ayrılıq, boşanma və
sədaqətsizliyə də yol açır.
Missuri Universitetinin alimi Russel Kleytonun 581 tvitter
istifadəçisi ilə etdiyi araşdırmanın nəticələri "Cyberpsychology,
Behavior, and Social Networking" adlı jurnalda nəşr olunub. ANS
PRESS-in məlumatına görə, araşdırma əsasən həddindən artıq
"Tvitter" istifadəsi və cütlüklərin yaşadığı mübahisələr arasındakı
əlaqəni əhatə edir. Araşdırmaya görə, sevimli saytdan çox istifadə
etmək, eşq həyatını təhlükəyə ata bilər.
İştirakçılar nə qədər "tvitter"də aktiv olduqlarını və bunun
nəticəsində partnyorlarla əlaqələrində nə cür problemlərin ortaya
çıxdığını izah ediblər. Sorğunun nəticəsinə görə, "Tvitter" nə
qədər çox istifadə edilsə, buna bağlı problemlərin də o qədər
artdığı qeydə alınıb. Bu vəziyyətin vəfasızlıq, ayrılıq və
boşanmaya belə gətirib çıxara biləcəyi müəyyənləşib.
Kleyton keçən il apardığı araşdırmada da sosial şəbəkə saytı
“Facebook” istifadəsinin əlaqələr üzərindəki təsirini araşdırmışdı.
Araşdırma daxilində əlaqələrin həddindən artıq istifadədən zərər
gördüyü nəticəsinə gəlib çıxmışdı.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO