Hacı Məmmədovun muncuq kolleksiyası
Bizi izləyin

Bilgi.az

Hacı Məmmədovun muncuq kolleksiyası

“Hacı Məmmədov bu gün də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında təkadamlıq kamerada saxlanılır. İndi nəinki mənimlə, heç ailə üzvləri ilə görüşmək istəmir”.


Bunu hüquq müdafiəçisi Elçin Behbudov “Reytinq” qəzetinə müsahibəsində deyib. O bildirib ki, hər dəfə görüşəndə H. Məmmədovun sağlamlığı ilə maraqlanır: “Deyilənə görə, səhhətində ciddi problem yoxdur, sadəcə, şəkəri var, onu da dədə-baba üsulu ilə müalicə edir”.


E. Behbudov deyib ki, Hacı Məmmədov hazırda muncuqlardan kolleksiya düzəltməklə məşğuldur: “Əvvəl yağlı boya ilə şəkillər çəkirdi, indi muncuqlarla işləyir. Bir sözlə, incəsənətlə məşğul olur ki, başı qarışsın. Onun bir məqsədi var ki, heç kim ondan danışmasın, onunla görüşməsin və beləcə, unudulsun. Amma onun unudulması mümkün deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm