Avdiyan həbsxanada qanuni oğrulara qan uddurur
Bizi izləyin

Bilgi.az

Avdiyan həbsxanada qanuni oğrulara qan uddurur

Rusiyanın məşhur Yels həbsxanası tbilisili qanuni oğru Vitalik Avdiyanın nəzarətinə keçib.

Qeyd edək ki, bu həbsxanaya ən qatı cinayətkarlar düşür. Rus mafiyasının xaç atası Aslan Usoyanın (Ded Xasan) qətlini sifariş verən Tariel Oniani (Ləqəbi Taro) də bu həbsxanada saxlanılır.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, son vaxtlar Yels həbxanası tbilisili qanuni oğru, milliyyətcə yezidi kürdü (Ded Xasan da yezidi kürd idi) Vitalik Avdiyanın nəzarətinə keçib. Avdiyan qayda-qanun yaratmağa nail olub. Nəinki adi məhbuslar, hətta onun sözündən çıxan digər titullu lotular da onun tərəfindən sərt cəzalanır.

Ən əvvəl çeçen avtoritet Axmet Dombaevin (Axmet Şalinski) Vitaliklə söhbəti düz gəlməyib. Yumruq davası çıxmasa da, söhbətin sonunda çeçen avtoritet “səhv çıxarılıb”.

Yezidi kürdünün ikinci qurbanı Nijni Novqoroddan olan qanuni oğru Novik olub. Çeçen Axmetə nisbətən onun bəxti daha az gətirib. Vitalik onu döyərək ağzındakı bütün dişlərini töküb.

Başqa həbsxanadan Yelsə xüsusi təmtəraqla “gələn” digər qanuni oğru Otari Ziqdudidskinın də Vitali ilə görüşdən sonra “havası alınıb.”

Kriminal aləmdə isə söz-söhbət gəzir ki, Vitaliyə həbsxana administrasiyası bilərəkdən əl-ayaq açmağa icazə verib. Məsələn, daha titullu lotu Tariel Onianini bir neçə aydır ki, türmənin təkadamlıq zirzəmisindən heç buraxmırlar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm