Bilgi.az
Vaqif Bakinski Rövşən Lənkəranskinin dostunu döyüb
Tanınmış qanuni oğru Cemal Mikeladzenin bəxti gətirmir.
Qanunsuz silah saxlama və narkotik satışı ilə bağlı Moskvanın
Odinsovo rayon məhkəməsində vəkilləri onun işini
yüngülləşdirmişdilər. Konkret olaraq narkotik ittihamı üzərindən
götürülmüşdü.
Belə olan halda, gürcü qanuni oğruya yalnız il yarımlıq azadlıqdan
məhrum etmə cəzası düşürdü. Nəzərə alsaq ki, Cemal 2013-cü ilin
fevralından həbsdədir, demək, bu yaxınlarda azadlığa çıxmalı
idi.
Amma alınmadı. Prokurorluq məhkəmənin qərarından şikayət verib. İş
yenidən istintaqa qaytarılıb. Bundan əlavə, Mikeladze lap azadlığa
çıxsaydı belə, onu İtaliya məhkəməsi axtarışa verib. Onu Rusiya
İtaliyaya ekstradisiya edəcəkdi.
İtaliyada hesab edirlər ki, Mikeladzenin Aslan Usoyana (Ded Xasan) sui-qəsd edənlərlə birbaşa əlaqəsi var.
Məhz 2012-ci il sentyabrın 18-də Ded Xasan klanına rəqib olan
qanuni oğrular Merab Canqveladze (Merab Suxumski), Rövşən
Lənkəranski və Cemal Mikeladze bu sui-qəsdi planlaşdırıblar.
Dostlarından fərqli olaraq, Cemal həbsxanada düşmən klanın üzvləri
ilə rastlaşıb.
Aslan Usoyanın qruplaşmasından olan qanuni oğru Vaqif Süleymanov
(Vaqif Bakinski) və Zviad Ozmanov (Zviad Tbiliskiy) Cemalı möhkəm
döyüblər. Nəticədə, Mikeladze hospitala düşüb.
Bundan əlavə, Vaqif Bakinski bütün “zon”lara məktub göndərərək
Mikeladzenin oğru adından məhrum olunması barədə məktub
yollayıb.
İlqar Atabəyli
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB