Bilgi.az
Mətbəx sirləri: barmaq kababı
Publika.az "Sofra" dərgisinə
istinadən "Barmaq kababı"nın hazırlanma qaydasını təqdim
edir.
Tərkibi:
700 q mal və ya quzu əti
200 q kərə yağı
2 baş soğan
2 x.q. tomat pastası
3 badımcan
6 acı istiot
su
0,5 dəstə cəfəri
3 pomidor
duz
istiot
kəklikotu
bitki yağı
Əti quşbaşından bir az iri doğrayıb yuyun. 2 st.
su ilə bişirib bir kənara qoyun.
Kərə yağında xırda doğranmış soğanı qovurun. Tomat
pastası və əti əlavə edin. 2-3 dəqiqə qovurduqdan sonra 2 st. su
əlavə edin, duz vurub 20-25 dəqiqə orta itilikli ocaqda
bişirin.
Badımcan və istiotları 5 sm uzunluqda doğrayın.
Badımcanları duzlu suda saxlayıb acısını çıxarın. Süzüb
quruladıqdan sonra bitki yağında qovurun.
Sonra həmin yağda istiotları da
qovurun.
Əti xırda küpələrə paylaşdırın. Üzərinə kəklikotu
və qara istiot səpin. Qızarmış badımcan və istiotları əlavə edib
cəfəri səpin. Ən üstdə halqa doğranmış pomidorları
yerləşdirin.
180 dərəcə qızdırılmış sobada 15 dəqiqə
bişirin.
Nuş olsun!
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO