Yaponiya dəhşətli qasırğa ilə üz-üzə
Bizi izləyin

Bilgi.az

Yaponiya dəhşətli qasırğa ilə üz-üzə

“Noquri” qasırğası səbəbindən Yaponiyada bir milyon insan evakuasiya olunacaq.

Publika.az “NHK” telekanalına istinadən xəbər verir ki, Miyako adasından 130 min, Urasoe şəhərindən 113, Qinovan şəhərindən 96 min adam təxliyə ediləcək. Okinavadan xeyli insan evakuasiya olunub. Evlərində qalanlara isə qasırğa zamanı sığınacaqlara getmək tövsiyə olunub.

Artıq Okinavaya hava uçuşları dayanıb, təbii fəlakət 22 min evi işıqsız qoyub.

Sinoptiklərin məlumatına görə, qasırğanın mərkəzində küləyin sürəti saniyədə 70 metrə, sahilyanı zonalarda okeanda dalğaların hündürlüyü 14 metrə çatıb.

Metereoloqlar deyir ki, bu “Noquri” son onilliklərin ən güclü qasırğası ola bilər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm