Azərbaycanda ilk dəfə: xəstənin beyin damarının trombu çıxarıldı
Bizi izləyin

Bilgi.az

Azərbaycanda ilk dəfə: xəstənin beyin damarının trombu çıxarıldı

ATU-nun Tədris Terapevtik Klinikasının həkimləri Azərbaycanda ilk dəfə kəskin insult xəstəsində beyin damarında tromb əməliyyatını uğurla icra ediblər.

ATU-nun mətbuat xidmətindən Publika.az-a verilən məlumatına görə, 36 yaşlı qadın xəstə Universitetin Tədris Terapevtik Klinikasına müraciət edərkən 3 saat ərzində sol qol və ayağını hərəkət etdirə bilmirmiş. Xəstənin nevroloji dəyərləndirməsi zamanı həkimlər beyinin sağ tərəfində ciddi insultdan şübhələniblər. Sonradan tomoqrafiya zamanı bu diaqnoz təsdiqlənib. Məlum olub ki, sağ daxili yuxu arteriyası 100 faiz tromblaşıb.

ATU-nun həkimləri tərəfindən ilk dəfə olaraq beyin damarlarında trombun çıxarılması (Trombektomiya) əməliyyatı uğurla həyata keçirilib. Saat yarım davam edən əməliyyat kardioloq-artitmoloq, dosent Fərid Əliyev və invaziv-radioloq Ağakişi Yəhyayev tərəfindən icra olunub. Xəstə artıq reanimasiya şöbəsindən çıxarılıb.

Dosent Fərid Əliyev hazırda xəstənin vəziyyətinin stabil olduğunu bildirir. Onun sözlərinə görə, belə xəstəliklər zamanı ölüm ehtimalı çox yüksəkdir: “Çünki beyin yarımkürəsi tam insult idi. Amma biz insultun, ətrafdakı toxumaların ölümünün qarşısını ala bilmişik. Cavan xəstələr insultu daha pis keçirir. Çünki gənc insanlarda qan dövranı ani ortaya çıxan tıxanmaya cavab verə bilmir. Lakin xəstənin vəziyyətində hazırda pisləşmə yoxdur. Artıq sol ayaqda güc tonusu bərpa olmağa başlayır. Xəstənin vəziyyəti tmsabitləşəndən sonra insultun ortaya çıxaran səbəblər araşdırılacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm