Attraksionda bədbəxt hadisə - Fotolar
Bizi izləyin

Bilgi.az

Attraksionda bədbəxt hadisə - Fotolar

Kaliforniyanın Santa-Klarita şəhərində xoşagəlməz hadisə baş verib. “Six Flags Magic Mountain” parkında yerləşən “Ninzya” atraksionunda baş verən bədbəxt hadisə nəticəsində 4 insan xəsarət alıb.

Saatda 50 kilometrlə hərəkət edən atraksionda öndə gedən maşın ağac budağına dəyib. Nəticədə, qabaqda olan maşın fəaliyyətini dayandırmalı olub və içindəki 4 insan xəsarət alıb. Bu zaman isə 30-a yaxın şəxs fəaliyyətini dayandırmış attraksionda 6 metr hündürlükdə ilişib qalmalı olub.

Hadisə yerinə yanğınsöndürmə xidməti cəlb olunub. İnsanların evakuasiyası üçün 2 saat tələb olunub. Xəsarət alanların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm