Ən dadlı yay kokteylləri
Bizi izləyin

Bilgi.az

Ən dadlı yay kokteylləri

Yayın istisinin dadını çıxarmağın ən yaxşı yolu dadlı kokteyl içməkdir. Yay meyvələri ilə hazırlanmış kokteyl insanı sərinlədir və gümrahlaşdırır.

Publika.az ən dadlı yay kokteyllərini hazırlamaq üsullarını təqdim edir:

Çiyələkli kokteyl

Dilimlənmiş və suyu çıxarılmış çiyələyi 1 stəkan şəkər tozu, 1 stəkan yarım su və 4 stəkan limonadla blender vasitəsi ilə qarışdırın. İçinə əzilmiş buz dənələri və çiyələk dənələri əlavə edin. Dadlı kokteyl hazırdır.

Gilaslı kokteyl

2 ədəd çəyirdəyi çıxarılmış, dörd hissəyə bölünmüş şaftalını, 25 ədəd çəyirdəyi çıxarılmış gilası, 25 ədəd böyürtkəni blenderdə qarışdırın. Stəkanı limon və ya gilasla bəzəyə bilərsiniz.

Kivili kokteyl

5 ədəd kivini və 1 ədəd almanı soyduqdan sonra blenderdən keçirib pürə halına gətirin. Üzərinə limon suyu sıxın. Bir az şəkər tozu əlavə edib qarışdırın. Hazırlanmış kokteyli fincana doldurun. Üzərinə əzilmiş buz və darçın əlavə edin. Nanə ilə bəzəyə bilərsiniz.

Çöl qarağatlı kokteyl

2 stəkan süd, 2 ədəd donmuş və dilimlənmiş banan, 2 stəkan çöl qarağatı, 8-10 ədəd donmuş çiyələk və zövqə görə 1-2 qaşıq balı əlavə edib blenderdə qarışdırın. Çox dadlı içki alınır.

Qəhvəli buz kokteyli

Espresso, süd, qara şəkər, qəhvə və şokoladlı dondurmanı qarışdırın. Sonra 10-15 ədəd buzu əzib həmin qarışımın içinə əlavə edin. Kremlə bəzəyib süfrəyə təqdim edə bilərsiz.

Şaftalı kokteyli

2 qəhvə fincanı şaftalı suyunu, 1 qəhvə fincanı portağal suyunu və 1 qəhvə fincanı limon suyunu rahat çalxalaya biləcəyiniz bankaya tökün. Qarışdırdıqdan sonra stəkanlara süzün. Üzərinə əzilmiş buz əlavə edin və nanə ilə bəzəyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm