Akademik mühazirə zamanı soyundu
Bizi izləyin

Bilgi.az

Akademik mühazirə zamanı soyundu

İngiltərənin Lids Metropolitan Universitetinin lektoru doktor Yan Ləmond mühazirə vaxtı auditoriyada birinci kurs tələbələrinin qarşısında soyunub.

Axar.az ingilis “Deyli Meyl” saytına istinadən xəbər verir ki, lektor mühazirə zamanı ticarətdə alıcılara həyəcan ötürməyin yollarını göstərmək üçün tələbələri qarşısında soyunaraq striptiz nümayiş etdirib.

Doktor Ləmondun tələbələri onun şəkillərini çəkib Tvitter sosial şəbəkəsində paylaşaraq onu pərt ediblər.

Menecmentliyin idarə edilməsi fakültəsinin lektoru olan doktor Yan Ləmondun mühazirənin yarısında alt paltarına qədər soyunması artıq Lids Universitet rəhbərliyi tərəfindən araşdırılır.

Bu hadisəyə şahid olan birinci kurs tələbələrindən biri heyrətini gizlədə bilməyib və çəkdiyi şəkilləri anında paylaşaraq bu şərhi yazıb: “Mənim lektorum dəlidir”.

51 yaşlı lektor 2012-ci ildə mədəniyyət siyasəti üzrə Şelfild Hallam Universitetində fəlsəfə doktoru dərəcəsini alıb. O vaxtdan bəri müxtəlif universitetlərdə ili 9 min avroya mühazirələr deyir.

Doktor Yan Ləmond “Deyli Meyl”ə açıqlama verərək belə deyib: “Mən həqiqətən də mühazirəyə müxtəlif kombinasiyaları əlavə etməkdən həzz alıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm