Müğənni sevgilisinə görə göz yaşlarını saxlaya bilmədi - Fotolar
Bizi izləyin

Bilgi.az

Müğənni sevgilisinə görə göz yaşlarını saxlaya bilmədi - Fotolar

Məşhur avstraliyalı müğənni Kayli Minoq 25 il bundan öncəki nakam sevgisindən danışıb. Avstraliya telekanalında yayımlanan proqramda Kayli “İNXS” qrupunun mərhum üzvü Maykl Hatçenslə sevgi münasibətlərindən söhbət salıb.

Qeyd edək ki, Maykl 1997-ci ildə intihar edərək həyatına son qoyub. Qırx altı yaşlı Kayli “Hər şeyin ilkini onunla başlamışam” deyərək göz yaşlarını saxlaya bilməyib. Kayli Maykl arasında olan münasibətlərin həqiqi sevgi olduğunu deyib. Cütlük 1980-cı illərin sonunda sevgili olub. İki il sevgili olduqdan sonra onlar sonadək dost kimi qalıblar.

Qeyd edək ki, Mayklın ölümündən kədərlənən Kayli uzun müddət depressiyada olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm