İnsanlar hisə verilib nümayişə qoyuldu – Fotolar
Bizi izləyin

Bilgi.az

İnsanlar hisə verilib nümayişə qoyuldu – Fotolar

Okeaniyada, Sakit Okeanın cənub-qərbində yerləşən Papua-Yeni Qvineyadakı Marobe təpəliklərində maraqlı bir adət-ənənə mövcuddur.

Burada meyitlər böyük ehtiramla balıq kimi hisə verilərək bambuk qəfəslərdə saxlanılır. Ölmüş qadın, kişi, uşaqlar qızaranadək hisə verilir, cəsədin qorunub saxlanması və dağılmaması üçün taxta barmaqlıqlar arasında saxlanılır. Bundan əlavə, hisə verilmiş cəsədin içinə hava dolub çürüməməsi üçün göz, ağız, anus dəliyi tikilir. Ada sakinləri bunları etməklə, ölmüş yaxınlarına bir növ həyat vermək məqsədi güdür.

Marobe təpəliyində yaşı 200-dən çox olan cəsədə də rast gəlmək mümkündür. Bu cəsədlər qayalıqlar üzərində saxlanılır və xüsusi günlərdə aşağıya endirilir. 1975-ci ildə Papua-Yeni Qvineya müstəqillik əldə etdikdən sonra cəsədlərin bu hala salınması qadağan edilib.

Lakin ölkənin ucqar yerlərində hələ də bu adət-ənənə qalmaqdadır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm