Mühəndis qızının bezinə nəzarət üçün cihaz ixtira edib
Bizi izləyin

Bilgi.az

Mühəndis qızının bezinə nəzarət üçün cihaz ixtira edib

ABŞ-da Eric Schuh adlı bir mühəndis, davamlı qızının bezinə nəzarət etməkdən usandığı üçün cihaz ixtira edib

ABŞ-da Eric Schuh adlı bir mühəndis, davamlı qızının bezinə nəzarət etməkdən usandığı üçün cihaz ixtira edib. Cihaz uşağın bezində yaşlıq hiss etdiyi anda işıq verir.

Schuh ixtira etdiyi cihazın üzərində olan düyməni sıxaraq uşaq bezinə yaxınlaşdırır. Cihaz yaşlıq olan yeri təyin edir və işıq yanır.

Fevral ayında bazara çıxması gözlənilən USB -yə bənzər bu dizaynının 12 dollardan satışa çıxması gözlənilir.

Digər tərəfdən Schuhun adsız cihazı, TweetPee olaraq adlandırılan cihaza bənzəyir.. Körpə bezinə taxdığınız bu cihaz bezdə yaşlıq hiss etdiyi an Twitterdən sizə bildiriş atır.

Bu sayədə körpənizin bezinin nə nisbətdə islandığından da xəbərdar ola bilirsiniz.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm