Bilgi.az
İdeal çəkidə qalmağın ən asan üsulları
İdeal çəkiyə nail olmaq üçün bəzən ağrılı və
çətin yollardan keçirsən. Həftələrlə davam edən pəhrizlər, ağır
fiziki hərəkətlər heç də həmişə istənilən nəticəyə gətirib
çıxarmır. Bəzən isə bu, insanda əziyyətlə bərabər, həm də
depressiyada yaranır. Tabloid.az ideal çəkini əldə edib və
qorumağın 10 yolunu təqdim edir:
Yavaş və yaxşı çeynəyin: Toxluq hissi yeməkdən 20 dəqiqə sonra beyinə siqnal vasitəsilə
ötürülür. Ona görə də tez-tez yeməyə fasilə verin. Tikələri yaxşı
çeynədikdən sonra udun.
Boşqabı balacaladın: Plov, makaron kimi xəmir xörəkləri yeyərkən qabınızı kiçildin.
Bu, sizə daha az yemək yeməyə imkan verəcək. Balaca qabdakı yeməyin
çoxluğu gözün doymasına səbəb olacaq.
Su için: Su içməyi
əsla saxlamayın. Günlük su təlabatı 1,5-2 litrdir. Yüngül aclıq
hiss edəndə xırda yeməklər yerinə su için. Suyun tox saxlamaq
özəlliyi olduğunu unutmayın.
Yemək yerinə idman: Əsəb,stres,depresiya kimi vəziyyətdə çoxları hirsini yemək
yeməklə alır. Belə halla qarşılaşanda yemək yerinə idmanı seçərək
sağlam qalın.
Meyvə-tərəvəz yeyin: Vitamin və minerallarla bol meyvə-tərəvəzi rasionunuzdan
çıxarmayın. Həftədə 2-3 dəfə paxla, lobya, noxud, mərcimək kimi
yeməklərə üstünlük verin.
Yağdan istifadə: Heyvan mənşəli doymuş yağlardan mümkün qədər uzaq durun. Bu
yağlar qandakı xolestrolu, yüksək təzyiq riskini artırır. Zeytun və
digər bitgi yağlarından istifadəyə çalışın.
Soyuq qəhvə için: Çox içilən şəkərli və kalorili içkilər artıq çəkiyə əsas
səbəbdir. Unutmayın ki, ən yaxşı içki sudur. Sudan əlavə yaşıl çay,
evdə hazırlanan limonad, soyuq qəhvə içmək
məsləhətdir.
Şirniyyat yerinə meyvə: Bir dilim tort yerinə ailənizə, dostlarınıza qarpız, qovun,
alma, armud, əncir və şaftalı kimi meyvələrdən salat hazırlaya
bilərsiniz.
Səhər yeməyini unutmayın:
Yuxuda olduğumuz 7-8 saat ərzində orqanizmin
qidalanmaya böyük ehtiyacı yaranır. Buna görə də gün ərzində ən
önəmli yemək səhər yeməyidir. Düzgün səhər yeməyi yeməyən insanlar
gün ərzində daha çox kalorili yemək yeyirlər.
Yemək vaxtını ötürməyin: Gündə 3 dəfə əsas olmaqla 5-6 dəfə qidalanmaq lazımdır. Yemək vaxtının ötürülməsi daha çox acmağa və yeməyə səbəb olacaq. Bu da artıq çəki deməkdir.
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO