Yük maşını rekordlar kitabında
Bizi izləyin

Bilgi.az

Yük maşını rekordlar kitabında

Həddindən çox yüklənən maşın magistral yolda təhlükəli anların yaşanmasına səbəb olub. Hadisə Türkiyənin Antalya şəhərində baş verib.

Belə ki, yük yerinə xeyli sayda içi dolu paketlər yığılan maşın Sparta-Antalya yolu ilə hərərəkət etməyə başlayıb. Təhlükəsizlik tədbirlərinə əməl edilmədən maşına yığılan yüklər yolda qorxulu vəziyyətin yaranmasına səbəb olub.

Yük maşınının yolda yaratdığı bu vəziyyət hər kəsin təəccübünə səbəb olub. Yük maşınının sürücüsü isə ətrafadakıların baxışlarına məhəl qoymadan hərəkətinə davam edib. Maşının ən çox mal yüklənmiş maşın ünvanına sahib çıxaraq, “Ginnesin Rekordlar kitabı”na düşəcəyi ehtimal edilir. /musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm